18 iyun 2013 13:52
Ruslan Abışov artıq Rubinin düşərgəsindədi
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov Avstriyada təlim-məşq toplanşında olan Rusiyanın “Rubin” klubunun düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, ötən gecə Bakını tərk edən həmyerlimiz artıq Kazan təmsilçisinin hazırlıqlarında iştirak etməyə başlayıb.
Klubun rəsmi saytının yaydığı xəbərə görə, millinin oyunlarından sonra Ruslan Abışov və Kazan təmsilçinin başqa yığma komandalarda oynayan futbolçularına əlavə istirahət imkanı yaradılmışdı. İndi isə “Rubin” artıq tam tərkibdə məşq edir.
