18 iyun 2013 13:33

Azərbaycan millisinin daha bir üzvü Xəzər Lənkəranda!

“Xəzər Lənkəran” futbol üzrə Azərbaycan yığmasının daha bir hücumçusunu heyətinə qatmağa yaxındı. Azerisport.az xəbər verir ki, cənub klubu “Sumqayıt”da forma geyən Pərdis Fərcad-Azadla danışıqlar aparır.
 
25 yaşlı futbolçunun yaxın günlərdə “ağ-yaşıllar”la müqavilə bağlaması gözlənilir. Cənub təmsilçisi bu transferi mümkün qədər tez rəsmiləşdirmək istəyir ki, millimizin üzvü komandanın bu gündən başlayacaq Almaniya toplanışına da vaxtında qoşulsun və “Xəzər Lənkəran”ın Avropa Liqasındakı oyunlarına qədər tam hazır olsun.
 
Tərəflərin iki illik müqavilə ilə bağlı ilkin razılığa gəldiyini də qeyd edək. İndi sadəcə “Xəzər Lənkəran”ın bu transferə görə “Sumqayıt”la razılığa gəlməsi qalıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” artıq AZAL-dan Junior Nildo və Zohair Benuahini, “Simurq”dan Rasim Ramaldanovu, eləcə də Nikola Qliqorovu (Alki, Kipr) heyətinə qatıb. Almaniya toplanışı zamanı isə daha bir neçə legioner futbolçu ilə müqavilə imzalanması gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.