19 iyun 2013 01:53
Vaqif Cavadov İnterdə ilk qolunu vurdu (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, "İnter" Avstriyadakı təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, ötən gün komanda toplanış çərçivəsində ilk yoxlma görüşünə çıxıb.
Avstriyanın "SV İnnsbruk" komandasıyla üz-üzə gələn "İnter" rəqibin qapısına 8 cavabsız top keçirib. “Bankirlər”in heyətində Mirsahib Abbasov "het-trik" edib, Asif Məmmədov, Vaqif Cavadov, Coşqun Diniyev, Abdulla Abatsiyev və Arif Daşdəmirov isə hərəyə 1 qola imza atıblar.
Qeyd edək ki, bu gün "İnter" daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq.
