20 iyun 2013 04:50
Braziliya və İtaliyadan 2-ci qələbə (YENİLƏNİB)
Braziliyada təşkil olunan futbol üzrə Konfederasiyalar Kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.
A qrupu çərçivəsində Braziliya millisi Meksikanı sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. Nəticədə, meydan sahibləri yarımfinala vəsiqəni təmin ediblər. İtaliya yığması isə Yaponiya ilə görüşüb. Yeddi qolun vurulduğu görüşdə qələbəni Avropa təmsilçisi bayram edib.
Qeyd edək ki, bu qrupun ilk turunda Braziliya Yaponiyanı 3:0, İtaliya Meksikanı 2:1 hesabıyla məğlub etmişdi.
Konfederasiyalar Kuboku
Qrup mərhələsi
19 iyun
A qrupu
Braziliya – Meksika - 2:0
Qollar: Neymar, 9, Jo, 90.
İtaliya – Yaponiya - 4:3
Qollar: De Rossi, 41, Uçida, 50-öz qapısına, Balotelli, 52-pen, Covinko, 86 - Honda, 21-pen, Kaqava, 33, Okazaki, 69.
| 1 | Braziliya | 2 | 2 | 0 | 0 | 5 | 0 | +5 | 6 |
| 2 | İtaliya | 2 | 2 | 0 | 0 | 6 | 4 | +2 | 6 |
| 3 | Meksika | 2 | 0 | 0 | 2 | 1 | 4 | –3 | 0 |
| 4 | Yaponiya | 2 | 0 | 0 | 2 | 3 | 7 | –4 | 0 |
