19 iyun 2013 00:30
İspaniya Avropa çempionu oldu
İsraildə keçirilən 21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, finalda İspaniya millisi ilə İtaliya yığması qarşılaşıb.
Oyun 4:2 hesabı ilə ispanların xeyrinə baş çatıb. Bununla da İspaniya millisi ardıcıl ikinci dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, İspaniya indiyə qədər bu titulu üç dəfə qazanıb.
Avropa çempionatı
Final
18 iyun
İtaliya - İspaniya - 2:4
Qollar: İmmobile, 10, Borini, 80 - Alkantara, 6, 31, 38-pen. İsko, 66.
