18 iyun 2013 15:17
Rusiya Futbol İttifaqından Ruslan Abışova və klubuna yaşıl işıq!
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın “Rubin” klubunun Avropa Liqasında oynamasına daha bir əngəl aradan qalxıb. Azerisport.az xəbər verir ki, Rusiya Futbol İttifaqı Kazan klubuna avrokuboklarda oynamaq üçün lisenziya verib.
Beləcə, “Rubin”in vəsiqə qazandığı Avropa Liqasında oynaması üçün heç bir əngəli qalmayıb. Qeyd edək ki, ötən mövsümdən fərqli olaraq, bu il Ruslan Abışov da yeni komandasında qitə miqyaslı turnirdə çıxış etmək şansına malik olacaq.
