18 iyun 2013 15:54

Real Madrid fondu Bakıda futbol məktəbi açır

20 iyun 2013-cü il tarixində saat 16:00-da Qafqaz Baku City Hotelində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu (“Fundación Real Madrid”) ilə birgə həyata keçirdiyi “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası” adlı sosial layihəsinin təqdimat mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, təqdimat mərasimində Gənclər və İdman Nazirinin müavini cənab İsmayıl İsmayılov, “Real Madrid” Fondunun məşqçi mütəxəssisi cənab Victor De Arce, layihənin əsas tərəfdaşları olan Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu, “Azəridmanservis” MMC, Standard Insurance və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının səlahiyyətliləri ilə birgə hökumət və qeyri hökumət təşkilatlarının rəsmi nümayəndələri, həmçinin media mənsublarının iştirakı nəzərdə tutulub.
 
Layihənin əsas məqsədi “Real Madrid” Fondunun sosial idman modeli əsasında Bakı şəhərində ilk sosial futbol məktəbinin yaradılmasıdır.
 
Layihə 4 illik dövrü əhatə edir və ilk fəaliyyət ilində sosial futbol məktəbinin Bakı şəhəri “Vətən”Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.