18 iyun 2013 17:34
Xəzər Lənkəranın istirahəti başa çatdı
Mövsüm başa çatdıqdan sonra “Xəzər Lənkəran”a verilən 20 günlük istirahət başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün Bakıda bir araya gələcək “Xəzər Lənkəran” axşam saatlarında ölkəmizi tərk edərək Almaniyaya yola düşəcək.
İyul ayının 2-nə qədər nəzərdə tutulan yay təlim məşq toplanışını komanda Bavariya vilayətinin Misbah şəhərciyinin “Best Western Premier Bayerischer Hof Miesbach” otelində məskunlaşaraq keçirəcək.
