19 iyun 2013 18:34
Çempion Kubokuna qovuşdu (FOTOREPORTAJ)
2012-2013 mövsümündə U-15 Liqasının qalibi olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası bu gün kubok və medallarına qovuşub. Azerisport.az xəbər verir ki, AFFA-da keçirilən mükafatlandırma mərasimində komandanın futbolçu və məşqçi heyəti iştirak edib.
"Qəbələ"yə kubok və medallarla yanaşı çempion üçün nəzərdə tutulan ölkə xaricində bir həftəlik təlim-məşq kuponu da təqdim olunub. Yarımmüdafiəçi Baxşəli Baxşəliyev mövsümün ən yaxşı futbolçusu nominasiyasının qalibi adına layiq görülüb.
