19 iyun 2013 18:50
Qəbələ çempionluq kubokunu aldı (FOTOREPORTAJ)
2012-2013 mövsümündə U-16 Liqasının qalibi olan "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası da bu gün kubok və medallarına qovuşub. Azerisport.az xəbər verir ki, AFFA-da keçirilən mükafatlandırma mərasimində komandanın futbolçu və məşqçi heyəti iştirak edib.
"Qəbələ"yə kubok, diplom və medallar təqdim olunub. Yarımmüdafiəçi Emin Zamanov mövsümün ən yaxşı futbolçusu nominasiyasının qalibi adına layiq görülüb.
