19 iyun 2013 11:39
AZAL Fransa və Belçikadan olan legionerlərin yolunu gözləyir
AZAL-ın növbəti mövsüm üçün hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu iyunun 26-da ilk toplanışa start verəcək.
Bakıda keçiriləcək hazırlıq prosesi iyulun 7-dək davam edəcək.
Vaqif Sadıqovun komandası təlim-məşq toplanışı zamanı bir sıra legionerləri baxışa çağıracaq. AZAL Fransa, Belçika, Ukrayna və Nigeriyadan futbolçular gözləyir.
