20 iyun 2013 00:09
Bahodir Nasimov İordaniyaya qarşı
Dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda play-off mərhələsində iştirak edəcək Özbəkistan yığmasının rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, özbəklər bu matçda İordaniyanı sınağa çəkəcək.
“Neftçi”nin forvardı Bahodir Nasimovun çıxış etdiyi Özbəkistan millisi İordaniyanı mübarizədən kənarlaşdıracağı halda DÇ-2014-ə vəsiqə uğrunda daha bir pley-offdan keçməli olacaq. Belə ki, Özbəkistan – İordaniya cütünün qalibi Cənubi Amerika zonasında seçmə mərhələnin 5-ci komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Özbəkistan yığması seçmə mərhələ çərçivəsində Qətərlə qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb. Nasimov bu oyunda 2 qol vurub.
