19 iyun 2013 12:24

Simurq hazırlıqlara start verdi

"Simurq" 2013/14-cü il mövsümünün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Bakı şəhərərində bir araya gələn komanda təlim-məşq toplanışlarının birinci mərhələsini Mərdəkanda davam etdirir.
 
"Karvan Palace" otelində məskunlaşan sarı-qaralar tibbi müayinədən keçdikdən sonra gündə iki dəfə olmaqla məşqlərə çıxır. Səhər hazırlığı əsasən fiziki gücün artırılması üçün tapşırıqlardan ibarət olur. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında Xəzər dənizinin sahilində məşq edir. Axşam hazırlığı isə "Dalğa Arena"nın köməkçi stadionunda keçirilir. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra baş məşqçi Georgi Çixradzenin tapşırıqları əsasında taktiki və texniki məşqlər edilir. Sonda isə ikitərfli oyunla hazırlıqlar tamamlanır.
 
Qeyd edək ki, "Simurq"un Bakı toplanışı ayın 21-nə qədər davam edəcək. Komanda iki günlük istirahətdən sonra iyunun 23-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.