19 iyun 2013 13:12

“Bizim əməyimiz onların dəstəyi ilə birləşdikdə uğur qaçılmaz olacaq”

Azerisport.az sizi “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsi ilə tanış edir.
 
- Ötən mövsüm barədə fikirləriniz? “Qarabağ” futbolçuları və texniki heyəti rəhbərliyi razı sala bildimi?
- Maraqlı çempionat keçdi. Əlbəttə, biz bu il bütün komanda olaraq çempionluğu çox istəyirdik, ancaq olmadı. Buna baxmayaraq, bu, bizi ruhdan salmamalıdı. İndi əsas hədəfimiz Avropada uğurla çıxış etməkdi. Onsuz da futbolçularımızdan ötən il texniki heyəti razı salmayan performansı göstərənlər və özünü ayrı komandada görmək istəyənlər artıq heyətdə deyil. Ümumulikdə isə “Qarabağ” rəhbərliyi yekun nəticədən razıdı.
 
- Sizcə, çempion olmaq üçün komandada nə çatmadı?
- Çatışmayan nə isə yoxdu. Texniki heyət və futbolcular rəhbərliklə bir yerdə hədəf üçün əlindən gələni etdilər. İnşallah ölkə çempionatında birinci olmayan “Qarabağ” adının Avropada uğurlarla yadda qalması və “Qarabağ Azərbaycandı” həqiqətlərinin duyurulması bizi daha çox sevindirəcək.
 
- Əvvəlki mövsümlərlə müqayisədə ötən il rəhbərlik komandanın qarşısına çempionluğu hədəf qoymuşdu. Bu il hədəflər hansılardı?
-Yenə bizim hədəfimiz birincilikdi. Bunun üçün də indidən komandanı hər cür hazırlayırıq. Bununla belə, gələcəyi nəzərə alaraq, aşağı yaş qruplarına da böyük yatırımlar edirik. Çünki öz futbolçumuzu özümüz yetişdirmək istəyirik. İnşallah bu planlarımız gələcəkdə öz bəhrəsini verəcək.
 
- Ötən il futbol ictimaiyyəti transferlərimiz tam olmadığı üçün çempion ola bilmədiyimiz deyirdi. İstər gedən oyunçular, istərsə də ardı-ardına edilən transferlər “Qarabağ”ın bu il dəyişikliyi vacib bildiyini göstərdi. Bu fikirlər mövsüm boyu var idimi? Yoxa mövsüm bitdikdən sonra yarandı?
- Biz baş məşqçimizlə mütəmadi olaraq futbolçularla bağlı müzakirələr aparırıq. Ancaq birinci növbədə nəticəyə cavabdeh baş məşqçimizdi. Bütün dəyişikliklər və bu yöndəki planlar baş məşqçinin qərarı əsasında baş tutur. Hansı futbolçunun göndərilməsi və alınması ilə bağlı məşqçinin işinə qarışmırıq. O da yəqin mövsum boyu gəldiyi nəticələrə görə qərar verib.
 
- Son vaxtlar bir daha “Qarabağ” Ağdama getsin” səsləri eşidilir. Bu barədə dəfələrlə fikirlərinizi eşitmişik. Özünüzün də “Qarabağ”ın Ağdama getdiyi vaxtlarda böyük əmək sərf etdiyinizi, hələ də otağınızda “İmarət” torpağı saxladığınızı görmüşük. Bəs sizcə, “rəhbərlik Ağdamı istəmir” fikrinin əsası nədi?
- Bizim Ağdama getməmək kimi bir fikrimiz yoxdu. Həmişə demişik ki, yerli camaat və rayon rəhbərliyi ilə səmimi münasibətlərimiz var. Komandanın adının mənəvi çəkisi ən çox bizə məlumdu. Buna görə də, heç kimin yaxın durmaq istəmədiyi vaxtlarda “Azersun Holding” rəhbərliyi Qarabağ komandasına sponsor oldu və hətta adı “Qarabağ Azersun” olan klubun adını “Qarabağ” olaraq dəyişdirdi. Bizim üçün ən vacib hədəf Qarabağ adının layiq olduğu kimi yaşadılması və təmsil olunmasıdı. Eləcə də bütün dünyaya duyurulmasıdı. Bu məsələ həmişə çox müzakirə olunub və klub rəhbərliyinin Ağdama getmək istəmədiyi fikrinin olduğu deyilib. Ancaq bəzi insanlar bizim içimizdə olmadığından və imkanları görmədiyindən bizi qınayır. Biz isə ən azı onlar qədər doğma torpaqda - Ağdamda oynamaq istəyirik. Sadəcə olaraq, mövcud imkan və şərait buna imkan vermir. İnşallah, biz ev oyunlarımızı İmarətdə keçirərik. Bu gün “Qarabağ” təkcə Ağdamın yox, bütün Qarabağ bölgəsinin dərdini, acısını öz adında birləşdirir. Biz çox istəyirik ki, o yerlərə qayıdaq və komandanı doğma şəhərində təmsil edək.
 
- Son statistikalara görə, “Qarabağ” azarkeşləri ev oyunlarında say baxımından axırıncı yerləri tutur. Qarşıdan Avroliqa oyunlarımız gəlir. Klub rəhbərliyi adından azarkeşlərə nə deyə bilərsiniz?
- Mənə görə azarkeşlərimiz ev oyunlarında az olmağı əsas azarkeş kütləmizin məcburi köçkün olması ilə bağlıdı. Belə ki, onlar həm ölkənin müxtəlif şəhərlərində məskunlaşıb, həm də onların maddi durumları və həyat tərzi onlara oyunlara gəlməyə imkan vermir. Biz öz növbəmizdə çempionat oyunlarında azarkeşlərin rayonlardan gəlməsini təşkil edirik, ancaq bununla da tribunalar dolmur. Burada əsas yük Qarabağlı gənclərin üzərinə düşür ki, onlar təbliğatla həmyaşıdları ilə birləşsinlər. Bizim fan klubumuz bu sahədə işlər görməyə davam edir. Avroliqada bütün azarkeşlərimizi stadiona çağırıram. Bizim əməyimiz onların dəstəyi ilə birləşdikdə uğur qaçılmaz olacaq. (İmarət)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.