20 iyun 2013 01:34
Elhad Nəziri və komandası yeni mövsümün hazırlıqlarına başladı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin çıxış etdiyi Rumıniyanın “Petrolul” klubu yeni mövsümün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, bu həftənin ilk günündən bir araya gələn həmyerlimizin komandası hələlik yüngül çalışmalarla məşğul olur.
Qarşıdakı günlərdə komandanın tam heyətlə toplaşması gözlənilir. Məhz ondan sonra “Petrolul” tam gücü ilə hazırlıqlara start verəcək.
Qeyd edək ki, Elhad Nəziri də növbəti mövsümün hazırlıqlarında iştirak edəcək.
