19 iyun 2013 14:03

Rusiya yığmasını Bakıya Kapello yox, Mançini gətirə bilər

Futbol üzrə Rusiya yığmasının baş məşqçi postunda dəyişiklik edilə bilər. Azerisport.az xəbər verir ki, bu barədə İtaliya və Rusiya mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, indiki baş məşqçi Fabio Kapellonun Fransanın PSG klubunun sükanı arxasına keçmək variantı yaranıb. Düzdü, italiyalı mütəxəssisin ruslarla müqaviləsinin müddəti başa çatmasa da, Fransa klubu kompensasiya ödəməyə hazırdı. Kapello PSG-də həmyerlisi Karlo Ançelottini əvəzləməlidi.
 
Daha bir iddiaya görə isə, Kapello Rusiya və Portuqaliya yığmaları arasında DÇ-2014-ün seçmə mərhələsinin oyunlarının danışılmış olması səbəbindən bu komandadan gedir. Belə bir iddia ilə isə SSRİ yığmasının sabiq üzvü Valeri Maslov çıxış edib.
 
Qeyd edək ki, artıq Rusiya yığmasını kimin çalışdıracağı barədə də xəbərlər yayılıb. Xarici KİV-ə inansaq, şimal qonşularımız italiyalı digər mütəxəssis Roberto Mançinini yığmaya gətirmək istəyirlər. İngiltərənin “Manchester City” klubundan ayrılandan sonra işsiz olan Mançini Kapello gedəcəyi halda boşalacaq posta əsas namizəddi.

Sonda onu da xatırladaq ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır. Bu komanda oktyabrın 15-də Bakıda millimizin qonağı olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.