20 iyun 2013 02:19
İnterin növbəti rəqibi bəlli oldu
Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir. Azerisport.az xəbər verir ki,artıq turnirin pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Qrup mərhələsinin nəticələrinə görə, bütün oyunlarında uduzan “İnter” yeddinci yer uğrunda oynamaq məcburiyyətində qalıb. Turnirin təşkilatçısı sonuncu olmamaq üçün İsveçin “Dyurgarden” klubu ilə qarşılaşacaq.
Beşinci yer uğrunda Tiflis “Dinamo”su (Gürcüstan) ilə Ukraynanın “Karpatı” klubu üz-üzə gələcək.
Yarımfinal mərhələsində isə Serbiya “Partizan”ı “Beşiktaş”la (Türkiyə), “Ayntraxt” (Almaniya) isə “Vilyarreal”la (İspaniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, bütün oyunlar iyunun 21-də keçiriləcək.
