19 iyun 2013 15:15

“Büdcəmiz 2,5 dəfə azalsa da, növbəti mövsümdə də yüksək yerlər uğrunda mübarizə aparacağıq”

AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- AZAL növbəti mövsümdə iddiasız olmayacaq ki?
- Düzdü, komandadan xeyli oyunçu gedib. Amma heç bir futbolçu əvəzedilməz deyil. Bir baş məşqçi kimi, indidən onu deyə bilərəm ki, komanda yeni futbolçularla güclənəcək. Yeni oyunçular dəvət edəcəyik. Onlar ən yüksək hədəflərə nail olmağımıza kömək edə bilərlər. Lakin seçimlərimizin nə qədər düzgün olduğunu zaman göstərəcək. Hazırda yeni mövsüm üçün hazırlıq planlarımızı müəyyənləşdirməyə çalışırıq. İyunun 26-da Bakıda bir araya gəlib, iyulun 7-nə qədər hazırlıq keçəcəyik. Bu müddət ərzində iki sınaq matçı da planlaşdırmışıq.
 
- Əgər sirr deyilsə, neçə futbolçu almağı düşünürsüz?
- Nə qədər yaxşı futbolçular transfer edə bilsək, bir o qədər yaxşı olacaq. Hazırda 4-5 yeni oyunçuya ehtiyacımız var. Təbii ki, gedənlərin yerini doldurmalıyıq. Fransa, Belçika, Ukrayna və Nigeriyadan baxışa futbolçular çağırmışıq.
 
- Benuahi və Nildoya əvəzləyici tapa biləcəksiz?
- Nildonu AZAL-a gələnə qədər kim tanıyırdı? O, futbolçu kimi məhz komandamızda formalaşdı. Nildo kimi başqa futbolçu da tapa bilərik.
 
- Komandanın aparıcı futbolçularının getməsi nə ilə bağlıdı? Bizdə olan məlumata görə, onları bu addımı atmağa klubun büdcəni xeyli azaltması səbəb olub...
- Bəzi futbolçularla müqavilələrin müddəti başa çatıb. AZAL onların hamısına yeni müqavilə təklif etmişdi. Kimlər ki, razılaşdılar, komandada qaldılar. Nildoda isə vəziyyət fərqli idi. O, öncə qalmaq istəyirdi. Amma “Xəzər Lənkəran”dan daha yaxşı təklif aldığı üçün getmək istədi, biz də mane olmaq istəmədik.
 
- AZAL-ın büdcəsi ötən mövsümlə müqayisədə nə qədər azaldılıb?
- 2,5 dəfə. Bunu gizlətmirəm. Amma biz indi onu sübut etmək istəyirik ki, bu büdcə ilə də yaxşı komanda formalaşdıra bilərik. Rəhbərlik mənə güvənir. Bunun qarşılığında mən də əlimdən gələni edəcəm.
 
- Bəs AZAL-ın yeni mövsüm üçün hədəfi nədən ibarət olacaq?
- Komandam büdcədən asılı olmayaraq yüksək yerlər uğrunda mübarizə aparacaq. AZAL-ın əsas hədəfi mükafatçılar sırasına düşmək, avrokuboklara vəsiqə qazanmaqdı. Bunun bizdə necə alınacağını zaman göstərəcək. Son mövsümə yaxşı start vermişdik. Amma eyni tempdə davam edə bilmədik. İndi isə daha güclü kollektiv formalaşdırmağa çalışırıq.
 
- Razısız ki, az büdcə ilə yaxşı futbolçulardan ibarət komanda formalaşdırmaq çətin olacaq?
- Biz indi ilk mövsümündən Nildo və Benuahi qədər pul tələb etməyən futbolçular axtarırıq.
 
- “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Bakı” kimi klublarla rəqabət aparmaq çətin olmayacaq ki?
- Mən işdən qorxmuram. Bilirəm ki, belə vəziyyətdə işləmək çətin olacaq. Amma şadam ki, rəhbərlik mənə güvənir və qərarlarımı dəstəkləyir. Komandamızın hədəfləri dəyişməz olaraq qalır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.