19 iyun 2013 15:32
Orduspor Azərbaycandan daha bir futbolçu alır
Türkiyənin PTT Birinci Liqasında yarışacaq “Orduspor” Branimir Subaşicdən sonra Azərbaycan çempionatında çıxış edən daha bir futbolçunu transfer etmək istəyir. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən klub "Qəbələ"nin oyunçusu Yannik Kamananla danışıqlar aparır. Əmrə Aygün və Branimir Subaşiçin transferinə baxmayaraq, "Orduspor" sabiq forvardını komandaya gətirərək hücum xəttini daha da gücləndirmək niyətindədi.
Məlumatda qqeyd edilib ki, klub Kamananla razılığın əldə olunmasına çox yaxındı. Əgər bu transferin gerçəkləşməsində problem yaransa, “Orduspor” başqa oyunçularla danışıqlara başlayacaq.
