19 iyun 2013 16:35
Xəzər Lənkəran Almaniyada
Bu gün səhər saatlarında Bakı şəhərini tərk edən “Xəzər Lənkəran” Bakı-İstanbul, İstanbul- Münhen aviareysləri ilə mənzil başına çatıb. Azerisport.az xəbər verir ki, komanda təlim-məşq toplanışını keçirəcəyi Bavariya vilayətinin Misbah şəhərciyinin “Best Western Premier Bayerischer Hof Miesbach” otelinə qədər olan məsafəni avtobusla qət edərək 1 saatlıq yoldan sonra Bakı vaxtı ilə saat 15:00-da adıçəkilən oteldə yerləşib.
Sabah saat 10:00-da ilk məşqinə çıxacaq “Xəzər Lənkəran” hazırlığa start verəcək. Xatırladaq ki, hazırda komandanın düşərgəsinə braziliyalı qapıçı Duqlas Leyte baxışa gəlib və onun haqqında yekun qərarı hazırlıq müddətində məqşçilər korpusu qərar verəcək.
