19 iyun 2013 16:51
Neftçi, Qarabağ, İnter və XL üçün püşkatmanın başlama saatı bəlli oldu
UEFA Çempionlar Liqasının və Avropa Liqasının ilkin təsnifat mərhələlərinin püşkatma mərasiminin başlama saatları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
ÇL-in birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Avroliqanın birinci təsnifat mərhələsinin püşkatması 16:00-da, ikinci mərhələnin püşkatmasıı isə 17:30-da start götürəcək.
Qeyd edək ki, iyunun 24-də keçiriləcək hər iki mərasim UEFA-nın Nyondakı mənzil qərargahında baş tutacaq.
Onu da xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında “Neftçi”, Avroliqada isə “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” təmsil edəcək.
