19 iyun 2013 17:33
Almaniya klubundan növbəti Bakı zəfəri (VİDEO)
Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II “İBA Cup” (U-14) beynəlxalq futbol turniri davam edir. Azerisport.az xəbər verir ki, ötən gün ikinci tura yekun vuruldu. Günün son qarşılaşması Almaniyanın "Ayntraxt" və Ukraynanın "Karpatı" komandaları arasında baş tutdu. Oyun 2:0 hesabıyla almanların xeyrinə başa çatdı.
Xatırladaq ki, "Ayntraxt" "İnter"ə qarşı keçirdiyi qarşılaşmada da (1:0) qalib gəlmişdi.
