20 iyun 2013 18:19
Realın canlı əfsanəsi Bakıya gələcək
“Real Madrid” Fondunun (Fundación Real Madrid) məşqçilik üzrə mütəxəssisi Viktor de Arse Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdikləri “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası” adlı sosial layihəsinin təqdimat mərasimi zamanı maraqlı fikirlər səsləndirib. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- Bizim üçün sərhəd yoxdu. Planetin istənilən nöqtəsində futbol məktəbi aça bilərik. Azərbaycan Gənclər və İdman Nazirliyi bizə təklif ünvanladı. Biz də Bakıda məktəb açmağa razılaşdıq. Hədəfimiz bu layihəni bütün dünya üzrə genişləndirməkdi.
- Sizin seçdiyiniz uşaqlardan son olaraq hansı tanınmışları qeyd edə bilərsiz?
- Bizim üçün seçdiyimiz uşaqların ünlü olub-olmamasının fərqi yoxdu. Bu, sadəcə sosial layihədi.
- Bizim üçün seçdiyimiz uşaqların ünlü olub-olmamasının fərqi yoxdu. Bu, sadəcə sosial layihədi.
- Uşaqları hansı meyarlara əsasən seçirsiz?
- Bütövlükdə, yüz uşaq seçəcəyik. Onların yalnız futbolu tanımasını yox, həm də digər bacarıqlarını nəzərə alacağıq.
- Bütövlükdə, yüz uşaq seçəcəyik. Onların yalnız futbolu tanımasını yox, həm də digər bacarıqlarını nəzərə alacağıq.
- Madrid “Real”ının ulduz futbolçularından hansısa Bakıdakı məktəbin açılışına gələcək?
- Qrafiki nəzərə alsaq, onlardan hansınınsa gəlməsi mümkün deyil. Amma bir sıra klub rəsmiləri gələcək. Onların arasında Emilio Butragenyo da olacaq.
- Qrafiki nəzərə alsaq, onlardan hansınınsa gəlməsi mümkün deyil. Amma bir sıra klub rəsmiləri gələcək. Onların arasında Emilio Butragenyo da olacaq.
- Mümkündü ki, burdakı uşaqlardan hansınısa “Real”a aparasız?
- Xeyr. Burdakı işimizin bəhrəsindən Azərbaycan yararlanacaq.
- Xeyr. Burdakı işimizin bəhrəsindən Azərbaycan yararlanacaq.
- “Bakı”nın Madrid “Atletico”su ilə əməkdaşlığından yəqin ki, xəbəriniz var. “Real” da eyni əməkdaşlıqda maraqlı deyil?
- Bu suala cavab verə bilmərəm. Çünki mən yalnız “Real Madrid” Fonduna cavabdehəm.
- Bu suala cavab verə bilmərəm. Çünki mən yalnız “Real Madrid” Fonduna cavabdehəm.
