20 iyun 2013 18:32
Azərbaycan Belarus və Litva ilə üz-üzə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 19-dan 26-a qədər Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, turnirdə 6 komanda 2 qrupda mübarizə aparacaq:
A qrupu: Litva, Azərbaycan, Belarus
B qrupu: Rusiya, Latviya, Qazaxıstan
21 avqust, saat 20:00
Belarus – Azərbaycan
23 avqust, saat 20:00
Azərbaycan – Litva
25 avqust
Final mərhələsi
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
