20 iyun 2013 19:20

“Araz Abdullayevin başına iş gəlsə, özümü öldürəcəm”

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin mart ayının 28-də Bakı şəhərinin Xətai rayonu ərazisində törətdiyi ağır yol qəzası ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədi. Azerisport.az xəbər verir ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb və müvafiq ekspertiza təyin edilib. Bu günlərdə avto-texniki ekspertizanın nəticəsi məlum olub. Amma futbolçunun hüquqlarını müdafiə edən vəkil rəylə razılaşmayıb və vəkilin tələbi ilə təkrar ekspertiza təyin edilib.
 
Hadisə zamanı ağır xəsarət almış və Travmatologiya İnstitutuna yerləşdirilmiş piyada, 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva futbolçudan şikayətçi olmadığını bildirib və bunu yazılı şəkildə hüquq-mühafizə orqanlarına bildirib. Hətta qadın qeyd edib ki, Araz məhkəməyə veriləcəyi təqdirdə, “onun başına iş gəlsə, özümü öldürəcəm”.
 
A.Abdullayevin piyadaları maşınla vurduğu qəzada hadisə yerindəcə keçinmiş digər qadın Zəminə Hüseynovanın yaxınlarının da futbolçudan şikayətçi olmadığı məlum olub. Z.Hüseynovanın ailə üzvləri dəfələrlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə, ölkə rəhbərliyinə və digər yerlərə məktub yazaraq bu işin gənc futbolçunun xeyrinə həll edilməsini istəyiblər.
 
Qeyd edək ki, mart ayının 28-də günorta saatlarında Araz Abdullayev 90 XF 350 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Nobel prospektində Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb. O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.