20 iyun 2013 19:33
Beşiktaş Bakıda məğlubiyyət tanımır (VİDEO)
Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir. Azerisport.az xəbər verir ki, 3-cü turda "Beşiktaş" Almaniya təmsilçisi "Ayntraxt"la qarşılaşdı. Oyun 3:1 hesabıyla Türkiyə komandasının xeyrinə başa çatdı. Beləliklə, 3 oyunda 3 qələbə qazanan "Beşiktaş" turu lider kimi başa vurdu.
