20 iyun 2013 11:52
Toşak daha bir yerli oyunçunu Xəzər Lənkərandan uzaqlaşdırıldı
“Xəzər Lənkəran” klubu daha bir futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandanın əvəzedici heyətində çıxış edən, müəyyən matçlarda əsas komandaya da cəlb olunan Akif Tağıyev “Xəzər Lənkəran”ın heyətindən uzaqlaşdırılıb. Lakin onun konkret hansı səbəblərdən qovulduğu barədə məlumat verilmir.
Qeyd edək ki, gənc yarımmüdafiəçi “Xəzər Lənkəran”a 2011-2012 mövsümündə transfer olunmuşdu.
