20 iyun 2013 12:09
Dmitri Nazarov: Azərbaycan millisinə hədər yerə getdim
Almaniyanın “Karlsruher” klubunun hücumçusu Dmitri Nazarov futbol üzrə Azərbaycan yığmasına dəvət almasından, eləcə də bu cəhdin uğursuz alınmasından danışıb. Azerisport.az xəbər verir ki, o, Qazaxıstan mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Mən ora hədər yerə getdim. Onlar mənə vətəndaşlıq verəcəklərini deyirdilər. Amma sonda belə olmadı. Ola bilər ki, belə daha yaxşıdı. Mənimlə qışda Qazaxıstan Futbol Federasiyasının rəsmiləri danışdılar. Düzdü, onlarla da uzun müddətdi heç bir əlaqəmiz yoxdu. Amma hesab edirəm ki, “Karlsruher” klubunda uğurlu çıxış etməyi bacarsam, yığma komanda ilə bağlı arzularım da gerçək olacaq”.