20 iyun 2013 12:27
Aslan Kərimov: 5-6 ildən sonra əsas millidə işləməyə hazır olacağam
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Kərimovun azerisport.az saytına müsahibəsi
- Siz U-16-nın baş məşqçisiz, amma son dövrlər əsas yığmamızın düşərgəsində tez-tez görünürsüz. Öncə Qətərə getdiniz, sonra Lüksemburqla görüşün hazırlıqlarında iştirak etdiniz. Bu, nə ilə bağlıdı?
- Mənim əsas işim U-16-dadı. Eyni zamanda kurslar keçirəm. İl ərzində maksimum beş kurs təşkil olunur. Əsas millinin düşərgəsinə getməyimə gəlincə, boş vaxtım olduğu üçün Berti Foqtsa kömək etməyə qərar vermişdim. Nazim Süleymanov Qətərlə yoxlama oyununa gedə bilməmişdi. Çünki Azərbaycan Kubokunun final matçını izləməliydi. Nəticədə ora mən getməli oldum. Fikrimcə, bu, mənim üçün böyük təcrübə oldu.

- Belə bir informasiya da var ki, siz “Qarabağ”da işləmək təklif almısız...
- Mən bu klubun heç bir komandasına rəhbərlik etmirəm. Sadəcə, onlara kömək edirəm.
- Foqtsun yerli mütəxəssislərlə çalışmağı o qədər də arzulamadığı məlumdu. O, sizin millidə olmağınızı necə qarşıladı?
- O, məni özü seçmişdi. Foqts məni “Sumqayıt”dakı işimdən tanıyır. O vaxt məndən gənc futbolçuları izləməyi xahiş etmişdi. Yığmada isə Foqts mənə məşqlər zamanı bəzi təmrinləri keçirməyə şərait yaratdı. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Vaxtilə birgə çıxış etdiyim futbolçularla yenidən meydanda olmaq çox xoş idi. Onlarla işləmək də mənə rahat idi. Belədə futbolçuların problemini bilmək də asan olur.

- Bəs komandamızın Lüksemburqu məğlub edə bilməməsinə nə səbəb oldu?
- Uşaqlar bu oyunda tam güclərini qoydular. Yeganə çatışmayan qol vəziyyətlərindən lazımınca yararlana bilməmələri oldu. Uşaqlar baş məşqçinin tələblərini yerinə yetirdilər. Qol vəziyyətlərinin ən azı yarısından istifadə olunsaydı, nəticə fərqli ola bilərdi.

- Bu komandanın düşərgəsində olarkən nə vaxtsa yığmamızı çalışdıracağınız haqda düşünmədiniz?
- Bu barədə indi danışmaq çətindi. Hələ öyrənməli olduğum çox şey var. Mən yalnız 5-6 ildən sonra əsas millini çalışdırmağa hazır olacağam.

- Artıq 40 yaşınız var...
- Mən karyeram ərzində az oynamamışam. Elə məşqçilik karyeramda da çox şey öyrənmişəm. Amma məşqilik sadəcə komandanı məşqə, oyuna çıxarmaqdan ibarət deyil. Bakıda keçirilən məşqçilik seminarları mənə tapşırılıb. Amma bu qərarı birdən-birə çıxarmayıblar. Əvvəla mən fikirlərimi daha düzgün çatdırmağı bacarıram. Həm də mən özüm imtahan verərkən qiymətlərim yüksək olurdu. Yəni, bu işi mənə dərhal həvalət etməyiblər. Ona qədər Almaniya və Belçikada kurslarda da olmuşdum.
- Bu kurslara görə məşqçilikdən uzaq qaldığınızı düşünmürsüz?
- Əksinə, bu, məni öz hədəflərimə daha da yaxınlaşdırır. Müasir futbolda çoxlu dəyişikliklər olur. Tez-tez UEFA-dan yeni materiallar alıram. Bu, mənə hər gün yeni nəsə öyrənməyə imkan verir.

- Deməli, Azərbaycanın da yaxın gələcəkdə çox savadlı bir məşqçisi olacaq?
- (gülür) Bunu deyə bilmərəm. Hər halda vaxt lazımdı ki, həm yaxşı təcrübə keçim, həm də nəzəri cəhətdən hər şeyi bilim.