20 iyun 2013 12:45

SORĞU: Sadıq Sadıqovu necə tanıyırsınız?

"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovu necə tanıyırsız? Azerisport.az xəbər verir ki, Sadıq Sadıqov həmçinin, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin direktoru, əməkdar bədən tərbiyyəsi və idman xadimi, bir çox federasiya və təşkilatların icraiyyə komitəsinin üzvüdü.
 
3 dəfə dalbadal Azərbaycan çempionu olan və ölkə kubokunu qazanan Sadıq Sadıqov həm də son günlər gündəmdə daha çox olan bir klub prezidentidi. "Siz Sadıq Sadıqovu necə tanıyırsız?" sualını millət vəkilləri, olimpiya çempionları, futbolçular, məşqçilər, idman mütəxəssisləri cavablandırdılar.
 
Ağacan Əbiyev (MOK-un baş katıbı, millət vəkili)
Sadıqı işinə tələbkar bir insan kimi tanıyıram. Onun ürəyi həmişə idmanla döyünür. Sadıq Sadıqov kimi şəxsiyyətlər idmanımızda nə qədər çox olsa, bir o qədər yaxşıdır. O əsl idman adamıdır. Bir sözlə bizim adamdır. Mən özüm də 1957-ci ildən 1967-ci ilədək Suraxanıdakı bazada məşqçi işləmişəm. O vaxt arzu edirdim ki, Suraxanıda gözəl stadion, idman zalları olsun. Bu gün "Neftçi" idman sağlamlıq mərkəzində idmançılar,məşqçilər üçün hər cür şərait yaradılıb. Sevindirici haldır ki, Sadıq Sadıqovun rəhbərlik etdiyi bu mərkəz olimpiya çempionları, dünya və Avropa rekordçuları ilə bütün dünyada tanınır.
 
Adil Əliyev (Millət vəkili)
1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçildikdən sonra ölkəmizdə idman hərəkatı daha da geniş vüsət almağa başladı. Görülən işlərin bəhrəsidir ki, Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Eyni zamanda futbol sahəsi də diqqət və qayğıdan kənarda qalmayıb. Rövnəq Abdullayevin başçılığı ilə ölkə futbolu da yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu gün qazanılan uğurlarda Sadıq Sadıqovun rəhbərlik etdiyi "Neftçi" İdman Sağlamlıq Mərkəzi və "Neftçi" futbol klubunun da xüsüsi payı var. Həm mərkəzin idmançılarının, həm də futbolçuların beynəlxalq arenada qazandığı uğurlar bizi sevindirir. "Neftçi"nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbol tarixində bir ilk oldu. İnanıram ki, bu uğurların davamı gələcək, çünki Sadıq Sadıqov işinə əsl peşəkar kimi yanaşır.
 
Akif İsmayılov (Tofik Bəhramov adına stadionun direktoru)
Mən Sadıq Sadıqovu futboldan tanımamışam. Sadıq müəllimlə “Neftçi” idman cəmiyyətinin sədri olan vaxtdan münasibətimiz var. Hələ də  yaxşı münasibətdəyik. Mən onun bir gözəl insan və şəxsiyyət kimi tanıyıram. Bu insan idmana çox bağlı olan bir şəxsiyyətdir. Hər zaman o idmana qayğı göstərən bir rəhbər olub. Sadıq müəllimin rəhbərlik etdiyi idman cəmiyyətindən neçə-neçə Dünya və Avropa çempionları yetişib. Futbolda isə “Neftçi” klubunu Avroliqa turnirinin qrup mərhələsinə daşımaqla öz sözünü dedi. Bu bir tarixi uğurdur. Düzdü, Sadıq Sadıqov futbola keçəndən sonra onunla tez-tez görüşə bilməmişik. Lakin hələdə salam-kəlam və yaxşı münasibətimiz qalmaqdadır.
 
Arif Əsədov (Azərbaycan U-19 milli komandasının baş məşqçisi)
Maksimalist insandır. Birlikdə işləmişik ona görə xarakterinə bələdəm. Qarşısına qoyduğu məqsədlərə çatmağı bacarır və bu göz qabağındadır. Digər klub prezidentlərindən fərqli olaraq futbolçulara hər zaman vaxt ayırmağı bacarır. Çalışır onların hər problemini həll etsin, həm komandada həm də şəxsi həyatlarında. Böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran insandır.
 
Nazim Süleymanov (Milli komandanın məşqçisi)
"Sadıq Sadıqovun "Neftçi" klubundakı fəaliyyəti dolğundur. Tam əminliklə deyə bilərəm ki, o, Azərbaycanın klub futboluna bir yenilik gətirib. Sadıq Sadıqovun işinin təməlində halallıq, səmimiyyət, insaniyyətlik var. Onun bu prinsiplərinin kollektiv ruhunun formalaşdırmağa böyük xeyri var. "Neftçi" kimi tarixi kökü olan komandaya rəhbərlik etmək asan deyil. Çünki klubda olan hər xırda məqam hamının düqqət mərkəzində olur. Lakin Sadıq müəllim bu işin öhdəsindən layiqincə gəlir. Uduzmağı sevməyən klub prezidenti həmişə uğurlar qazanır.
 
Rauf Əliyev (Milli komanda və “Bakı” klubunun hücumçusu)
Mən sadıq Sadıqovu əla bir klub prezdenti kimi tanıyıram. Bildiyimə və eşitdiyimə görə insan kimi də əla xüsusiyyətlərə malikdir. Onun idman aləmində gördüyü işlər də tədqirə layiqdir. “Neftçi” klubunu Avroliqaya çıxartmaqla özünü hər tərəfli doğrultdu. Düzdü, onunla yaxın münasibətdə olmamışıq. Sadəcə, bir neçə dəfə paltardəyişmə otağında rastlaşmışıq. Həmin vaxt Sadıq müəllim komandasının yanına gələrək, onlara ürək-dirək verirdi. Lakin bir şeyi dəqiq bilirəm ki, idmana və futbola çox bağlı bir insandır. Gənc futbolçularımıza dəstək verməyi isə danılmazdır.
 
Rail Məlikov (“Dənizlispor” klubunun müdafiəçisi)
“Neftçi”də Sadıq müəllimlə işlədiyim zaman onun tərəfindən bütün komandaya necə dəstək verdiyinin şahidi olmuşam. Mənimlə də münasibəti çox əla idi. Bir birimizə də çox hörmətlə yanaşırdıq. Sadıq müəllim “Neftçi” klubuna gəldikdən sonra komanda uğurlar əldə etməyə başladı. Ardı-arda  onunla iki dəfə ölkə çempionluğunu qazandıq. Bu mövsüm isə üçüncü çempionluqları oldu. Sadıq müəllim hər zaman komandanın bütün futbolçularının problemləriylə yaxından maraqlanardı. Kimin nə problemi varsa həmin futbolçulara kömək etmək üçün əlindən gələni edirdi. Onlardan biri də elə mən olmuşam. Onun idmana və xüsusən də futbola çox bağlılığı var. Sanki bu şəxs idmanla nəfəs alır. Bu oyundan böyük zövq alır. Hər zaman bizi özümüzə inanmağa və  güclü olduğumuzu söyləyirdi. Şəxsən mən Sadıq Sadıqovla işlədiyim zaman ondan razı qalmışam.
 
Elnur Məmmədli (Olimpiya çempionu)
"Açığı "Neftçi"nin dalbadal üçüncü dəfə çempion olması məni təəcübləndirmədi. Çünki bu kluba Sadıq Sadıqov kimi tanınmış idman xadimi rəhbərlik edir. Sadıq Sadıqov həm "Neftçi" İdman- Sağlamlıq Mərkəzində,həm də "Neftçi" Peşəkar Futbol Klubunda öz bacarığı və böyük səyi nəticəsində uğurlar qazanır. İnanıram ki,"Neftçi"nin futbolçuları bu il də Avropada uğurla çıxış edəcəklər. Biz - "Neftçi"lər isə onları daim dəstəkləyəcəyik.
 
İlham Zəkiyev (İkiqat paralimpiya çempionu)
"Sadıq Sadıqov Azərbaycan idmanına lazımlı adamdır. O, idmançılarımızın beynəlxalq yarışlarda uğur qazanması üçün yüksək peşəkarlıqla çalışır. Hamımız şahidik ki,Sadıq Sadıqov "Neftçi" futbol klubuna prezident seçildikdən sonra komanda əvvəlki ruhunu özünə qaytarıb, məzmunlu oyun nümayış etdirməyə başlayıb.Bunu hamı danışır, hər kəs "Neftçi"nin güclü olduğunu deyir. İdmanda nailiyyət qazanmaq üçün dayanmadan işləməlisən, can yandırmalısan. Sadıq Sadıqov da bu keyfiyyətlər olduğuna görə, onun həmişə uğur qazanacağına inanıram.
 
Fərid Mansurov (Olimpiya çempionu)
"Sadıq Sadıqov yüksək idarəçilik bacarığına malik insandır. Sadıq müəllim idmançılara çox gözəl münasibət göstərir, onların hər bir qayğısı ilə maraqlanır, problemlərini həll edir. Bir sözlə "Neftçi" İSM kimi, "Neftçi" PFK-da da dinamik inkişaf var. Mən Sadıq müəllimlə tez-tez ünsiyyətdə oluram. O.hər an, hər dəqiqə prossesləri diqqətdə saxlayır. Məncə həm idmançılarımızın, həm də "Neftçi"nin qazandığı qələbələrin ən böyük memarı Sadıq Sadıqovdur.
 
Mənbə: OP

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.