21 iyun 2013 05:00
İspaniya 10 cavabsız qol vurdu, Nigeriya Uruqvaya uduzdu (YENİLƏNİB)
Braziliyada təşkil olunan futbol üzrə Konfederasiyalar Kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.
B qrupu çərçivəsində İspaniya millisi Taitini sınağa çəkib. Son dünya və Avropa çempionları darmadağınla qalib gəlib. Nigeriya yığması isə Uruqvayla görüşdə məğlub olub.
Qeyd edək ki, bu qrupun ilk turunda İspaniya Uruqvayı 2:1, Nigeriya isə Taitini 6:1 hesabıyla məğlub etmişdi.
Konfederasiyalar Kuboku
Qrup mərhələsi
B qrupu
20 iyun
İspaniya - Taiti - 10:0
Qollar: Torres, 5; 33; 57; 78, Silva, 31; 89, Vilya, 39; 49; 64, Mata, 66.
Nigeriya - Uruqvay - 1:2
Qollar: Obi Mikel, 37 - Luqano, 19, Forlan, 51.
