20 iyun 2013 13:10
Qarabağ Rusiya klubu ilə sınaq matçına çıxacaq
“Qarabağ”ın Türkiyə toplanışı davam edir. Azerisport.az xəbər verir ki, bu arada Ağdam klubunun qardaş ölkədə qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib.
Belə ki, ağdamlılar Rusiyanın “Mordoviya” klubunu sınağa çəkəcəklər. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş iyunun 24-də keçiriləcək.
Qeyd edək ki, “Mordoviya” son mövsümdə Premyer Liqanı 15-ci pillədə başa vuraraq, birinci diviziona yuvarlanıb.
