20 iyun 2013 14:01
Mənsimov Ronaldonu gətirir
"Xəzər Lənkəran"ın fəxri prezidenti və “Palmali” şirkətlər qrubunun sahibi Mübariz Mənsimov dünyanın ən yaxşı futbolçularından olan "Real"ın hücumçusu Kriştiano Ronaldonu Türkiyəyə gətirəcək. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, azərbaycanlı iş adamı ABŞ-in məşhur ləl-cəvahirat markalarından olan “Jacob & Co”nun Bodrumda ilk mağazasını açacaq. Mağazanın açılış mərasiminə Portuqaliya millisinin və “Real”ın ünlü futbolçusu Kriştiano Ronaldo da qatılacaq.
Qeyd edək ki, müştəriləri əsasən Hollivud ulduzları, məşhur futbolçular olan bu şirkətin Türkiyədə ikinci mağazasının da Mənsimov tərəfindən İstanbulda açılacağı bildirilir.
