20 iyun 2013 14:15
Simurq afrikalı qapıçı gətirir
“Simurq” yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışı keçən Zaqatala klubu heyətini gücləndirmək haqda da düşünür.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, başqa komandaya keçməkdə maraqlı olan İlkin Qırtımov böyük ehtimalla yeni mövsümdə də “Simurq”un şərəfini qoruyacaq. Onunla yeni müqavilənin imzalanması istisna deyil.
“Simurq” eyni zamanda baxışa çağırdığı bir neçə futbolçunun yolunu gözləyir. Onlar komandaya Türkiyə toplanışı zamanı qoşulacaqlar.
Qeyd edək ki, Türkiyə toplanışı iyunun 23-də start götürəcək. Zaqatalalılar hazırda yeni qapıçı axtarışındadılar. Bölgə təmsilçisi bu mövqeyə afrikalı qolkiper gətirməyə hazırlaşır.
