20 iyun 2013 13:25
Yığmamızın hazırlıq planında dəyişiklik edildi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək isə Avstriyada təlim-məşq toplanışında olacağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, komandamızın hazırlıq planında bəzi dəyişikliklər edilib.
Yığmamızın keçirəcəyi yoldaşlıq oyunlarının təqvmi və qarşılaşacağı rəqiblərlə bağlı dəyişiklikləri diqqətinizə çatdırırıq:
25 iyun. Azərbaycan U-19 - Kapfenberg (Avstriya)
27 iyun. Azərbaycan U-19 - Sturm Gratz (Avstirya)
29 iyun. Azərbaycan U-19 - Sageata (Rumıniya)
