20 iyun 2013 13:44
FİFA tələb etdi, AFFA Turanı cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra “Turan” klubu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Turan” klubunun keçmiş baş məşqçisi Naci Şensoy klubla olan müqaviləsinin şərtlərinə klub tərəfindən əməl edilmədiyi üçün FİFA-ya müraciət etmişdi. FİFA-nın İntizam Komitəsi 1 mart 2013-cü il tarixli iclasında növbəti mövsümdən “Turan”ın aktivindən 6 xal silinməsi qərarını qəbul edib.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:
2013/2014 mövsümündə birinci divizionda çıxış edəcək Turan”ın aktivindən 6 xal silinsin.
