20 iyun 2013 13:53

Yuri Syomin: Onlar bizim şərtlərlə razılaşsa, Qəbələyə gətirə bilərik

Azerisport.az sizi “Qəbələ”nin yeni baş məşqçisi Yuri Syominin müsahibəsi ilə tanış edir.
 
- “Qəbələ”dəki fəaliyyətinizə nə vaxt start verəcəksiz?
- İyunun 25-dən etibarən yeni mövsümün hazırlıqlarına start verəcəyik.
 
- Azərbaycan və Rusiya futbolunu necə müqayisə edərdiniz?
- Belə nəticə çıxarmaq üçün yerli futbolu daha diqqətlə öyrənmək lazımdı. Buna isə vaxt lazımdı. Amma istənilən halda hər bir çempionata ciddi hazırlaşmaq lazımdı. Axı hər yerdə nəticə tələb olunur. Hər çempionatın öz çətinlikləri var.
 
- “Qəbələ”nin qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyulub?
- Bəli. Məşqçilərin qarşısına həmişə ciddi hədəflər qoyurlar (gülür).
 
- Yeni komandanıza sizin üçün tanış olan futbolçuları dəvət etməyə hazırlaşırsız?
- İnbi buna cavab verməyə hazır deyiləm.
 
- Ümumiyyətlə, bu, mümkündü?
- Tamamilə. Əgər onların səviyyəsi bizi, təklifimiz onları qane etsə, tamamilə mümkündü.
 
- “Qəbələ”nin şəraiti Rusiyanın ən yaxşı klublarının infrastrukturu ilə müqayisə oluna bilər?
- Öncə onu qeyd etməliyəm ki, Azərbaycanda futbolun inkişafı üçün hər şey edilir. Burda kifayət qədər müasir stadionlar, gözəl meydançalar var. Klubun bazasını gördüm. Burda yeniyetmər və gənclərdən ibarət komandalar arasında beynəlxalq turnirlər keçirirlər ki, ora hətta “Barcelona” da təşrif buyurmuşdu. Fikrimcə, elə bu, ölkənin, eləcə də “Qəbələ”nin futbol infrastrukturu xarakterizə edən məqamdı.
 
- Azərbaycanda futbolun populyarlığı nə səviyyədədi?
- Əlbəttə, Rusiyadakı səviyyədə deyil. Amma bu sahədə çalışan hər kəs əlindən gələni edir ki, yerli futbolçular inkişaf etsinlər.
 
- Yeri gəlmişkən, orda birləşdirilmiş çempionatın keçirilməsi haqda nə düşünürlər?
- Mən Azərbaycanda bu mövzu ilə bağlı heç kimlə söhbətləşməmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.