20 iyun 2013 14:22
Bu gün U-17 liqasına yekun vurulur
İyunun 20-də U-17 UNICEF qızlar liqasının cari mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, saat 14:30-da keçiriləcək III yer uğrunda oyunda Sumqayıt və Tovuz komandaları qarşılaşacaq.
Zaqatala və UGİM-9 komandalarının mübarizə aparacağı final qarşılaşması isə saat 17:00-da başlayacaq.
Hər iki oyun Bayıl stadionunda keçiriləcək.
