20 iyun 2013 16:05
Xəzər Lənkəran məkanı dəyişdi və ilk məşqə çıxdı
Dünəndən Almaniyada olan “Xəzər Lənkəran” ilk olaraq məskunlaşdığı otelini dəyişmək məcburiyyətində qalıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Misbah şəhərciyinin “Best Western Premier Bayerischer Hof Miesbach” otelinin futbol meydançaları qəfildən yararsız vəziyyətə düşdüyündən komanda İnqolştad yaxınlığında yerləşən “Marc Aurel” otelinə köçüb.
Bu gün isə “Xəzər Lənkəran” təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Con Bencamin Toşak futbolçularla kiçik toplantı etdikdən sonra saat yarımlıq nəzərdə tutulan hazırlığa start verilib. 22 futbolçunun iştirak etdiyi məşqdə fiziki təmrinlər yerinə yetirilib.
Cari mövsümün sonunda zədədən əziyyət çəkdiyi üçün komandamıza kömək edə bilməyən Adrian Pit də artıq komanda ilə birgə hazırlığa qatılıb.
