20 iyun 2013 16:55
AFFA Sportinglə əməkdaşlıq edəcək (FOTO)
Bu gün “Sheraton Baku Airport Hotel”də AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyanın "Sporting" klubunun baş direktoru Valdelmar Barreto və klubun inkişaf direktoru Virgilio Lopeslə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşün məqsədi "Sporting" klubu ilə əməkdaşlığın müzakirəsi, təcrübə mübadiləsi və gələcəkdə Bakıda "Sporting" klubunun uşaq futbol məktəbinin açılması olub.
Portuqaliyalı klub rəsmiləri bu gün Bakı şəhərində AFFA tərəfindən həyata keçirilmiş infrastuktur layihələri ilə tanış olublar.
Qeyd edək ki, bu, baş katib Elxan Məmmədovun "Sporting" rəhbərliyi ilə ikinci görüşüdü.
