20 iyun 2013 17:46

Real Madrid Fondu Bakıda 100 uşaq seçəcək

Gənclər və İdman Nazirliyinin “Real Madrid” Fondu (“Fundación Real Madrid”) ilə birgə həyata keçirdiyi “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası” adlı sosial layihəsinin təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə uşaq futboluna göstərilən qayğıdan danışıb.
 
O, “Real Madrid” Fondu ilə birgə həyata keçirilən layihənin üstünlüklərinə toxunaraq bildirib ki, məktəblərdə tədris olunacaq sosial futbol modeli uşaqların hərtərəfli inkişafı üçün əvəzsiz vasitə rolunu oynayacaq. İsmayılovun fikrincə, belə bir məktəbin yaradılması böyük əhəmiyyətə malikdi: “Belə bir məktəb gələcəkdə ən öncül futbolçuların yetişməsində böyük rol oynayacaq”.
 
Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov nazirlik daxilində xeyli futbol məktəbinin fəaliyyət göstərdiyini bildirib. O, qeyd edib ki, “Real Madrid” dünyanın ən aparıcı futbol klublarından biridir. İbrahimov bu klubun imkanlarından istifadə edərək, dərs vəsaitlərinin hazırlanması və məktəblərə paylanmasının uşaq futbolunun inkişafına müsbət təsir edəcəyini vurğulayıb.
 
İnkişaf Naminə İdman İctimai Birliyinin sədri Mehman Kərimov bildirib ki, layihənin icrasına 2013-2014-cü tədris ilindən başlanılacaq və 4 il davam edəcək. Məktəbə ilk fəaliyyət ilində 100 uşaq qəbul olunacaq.
 
“Real Madrid” Fondunun məşqçilik üzrə mütəxəssisi Viktor de Arse əvvəlcə təşkilatın gördüyü işlərlə bağlı video-çarx nümayiş etdirib. O, “Real” və “Madrid” sözlərinin son və ilk 2 hərfindən əmələ gələn “AlMa” sözünün ispancadan tərcümədə “qəlb” anlamına gəldiyini açıqlayıb. De Arsenin sözlərinə görə, “Real Madrid”in 60-dan artıq ölkədə 200-dən çox futbol məktəbi var. Azərbaycanda açılacaq məktəb ölkəmizdə yeganə, Avropada 8 məktəbdən biri olacaq: “Belə məktəblərin əsas məqsədi futbol vasitəsilə uşaqların elmə yiyələnməsidir. Təkcə futbolçu yox, insan formalaşdırmaq niyyətindəyik”.
 
Daha sonra seçilmiş məşqçilər “Real Madrid” Fondunun diplomları ilə təltif olunublar.
 
Qeyd edək ki, təqdimat mərasiminə AFFA rəsmiləri və veteran futbolçular da qatılıblar. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.