21 iyun 2013 18:27
Rəvanın üzvü subaylığın daşını atdı (FOTOLAR)
"Rəvan” Futbol Klubuna bu ilin əvvəlində qoşulmasına baxmayaraq, oyunu və insani keyfiyyətləri ilə hamının hörmətini qazanan Miloş Adamoviç subaylığın daşını atıb. Azerisport.az xəbər verir ki, iyunun 19-da 25 yaşını qeyd edən yarımmüdafiəçimiz Bakıya gəlişi ərəfəsində ailə həyatı qurub.
4 ildi nişanlısı olan Yovana ilə evlənən Miloşun toyu Serbiyanın Şabats şəhərində baş tutub.
