21 iyun 2013 22:30
İnter sonuncu oldu, Beşiktaşla Vilyarreal finala çıxdı (YENİLƏNİB)
Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnir çərçivəsində daha 4 matç keçirilir.
4 klub yarımfinal mərhələsi çərçivəsində meydanda çıxacaq. Digər 4 komanda isə təsəlliverici qarşılaşmalarda mübariə aparacaq.
Turnirin təşkilatçısı olan “İnter” sonuncu olmamaq üçün “Yurqorden”lə qarşılaşıb. Amma “bankirlər” bu görüşdə də uduzaraq, turnirin ən zəif komandası olub.
5-ci yer uğrunda “Karpatı” Tiflis “Dinamo”su ilə görüşüb. Qarşılaşma Tiflis komandasının böyük hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinalda isə “Beşiktaş” “Partizan”ı, “Vilyarreal” “Ayntraxt”ı məğlub edərək fnala yüksəlib.
İBA Cup
Pley-off mərhələsi
21 iyun
7-ci yer
Yurqorden (İsveç) – İnter (Azərbaycan) – 1:0
5-ci yer
Karpatı (Ukrayna) – Dinamo (Tiflis, Gürcüstan) – 0:4
Yarımfinal
Beşiktaş (Türkiyə) - Partizan (Serbiya) - 2:0
Vilyarreal (İspaniya) – Ayntraxt (Almaniya) - 2:1
Qeyd edək ki, turnirin bütün oyunları “Şəfa” stadionunda keçirilir.
