21 iyun 2013 11:55
Azərbaycan millisinin üzvü Galatasaraya keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Timur Təməltaş karyerasını Türkiyənin “Galatasaray” klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Almaniyanın “Kaiserslautern” klubunun ikinci komandasında çıxış edən Təməltaş geniş heyət üçün düşünülür. Hazırda danışıqlar davam edir və tezliklə bu keçidin baş tutub-tutmayacağına aydınlıq gələ bilər.
Qeyd edək ki, əslən türk olan Timur Təməltaş 1992-ci il yanvarın 13-də Almaniyanın Sindorf əyalətində anadan olub. O, əvvəllər Almaniyanın 17 yaşadək yığmasında forma geyinib. İyunun 8-də isə Təməltaş Azərbaycan yığmasının heyətində Makedoniyanın 21 yaşadək millisinə qarşı forma geyinib.
