21 iyun 2013 12:32

“Kanalesin Azərbaycandan getməsində günahkar Neftçidi”

Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi
 
- Çempionlar Liqası və Avropa Liqasının ilkin təsnifat mərhələlərinin püşkatmasından nə gözləyirsiz?
- “Neftçi” ötən mövsüm Avroliqanın qrup mərhələsinə düşməklə klublarımızı qarşılarına daha ciddi məqsədlər qoymağa məcbur etdi. İnanıram ki, bu mövsüm də ən azı bir klubumuz buna nail olacaq. Bu mövsüm ilkin təsnifat mərhələsində bütün klublarımız özlərindən zəif rəqiblərlə qarşılaşmalı olacaqlar. Amma təmsilçilərimiz bu görüşlərə çox yaxşı hazırlaşmalıdılar. Mən daha çox “Neftçi” ilə “Qarabağ”a ümid bəsləyirəm.
 
- Ağdamlıların hücum xəttində problem var...
- Son mövsümdə onlarda “vuran ayaq” problemi diqqət çəkirdi. Amma Qurban Qurbanovun yaxşı transferlər etməyə imkanı var. Bunun üçün klub rəhbərliyi də lazım olan şəraiti yaratmalıdı, pul ayırmalıdı.
 
- “İnter”də də müdafiə xəttində problemlər diqqət çəkir...
- Komandanın sıralarını bir neçə aparıcı futbolçu tərk edib. Yəqin ki, bu komanda məhz bu üzdən hazırlıqlara hamıdan öncə başlayıb. “İnter”ə yaxşı futbolçular lazımdı. Əgər klub rəhbərliyi yeni mövsümdə komandanın uğurlu çıxış etməyini istəyirsə, ən azından püşkatmaya qədər bütün transferləri həyata keçirməlidi.
 
- Premyer Liqanın ən yaxşı bombardirinin gedişini necə qarşıladınız?
- Nikolas Kanales “Neftçi” üçün çox iş gördü. Komandanın hücum xəttində problem yox idi. Fikrimcə, bakılılar onu saxlamalı idilər. Bu cür hücumçunun yerini doldurmaq çətin olacaq. Amma digər tərəfdən bu, Bahodir Nasimovun yenidən özünü göstərməsinə imkan yaradacaq.
 
- Deyilənə görə, Kanales paytaxt klubundan çox pul tələb etdiyinə görə tərəflər razılığa gələ bilməyiblər...
- Hər bir futbolçu öz üzərində ona görə işləyir ki, öz dəyərini artırsın. Kanales də son mövsümdə yaxşı çıxış etdi. Fikrimcə, o, daha artığını tələb etməkdə haqlı idi. Sizcə, o, belə bir mövsümdən sonra elə ötən il aldığı qədər qazanmalıydı? Kanalesin Azərbaycanı tərk etməsində “Neftçi” özü günahkardı. Əgər komanda Çempionlar Liqasının qrup mərhələsində oynamağı istəyirdisə, buna görə müəyyən qədər pul xərcləməsi labüd idi.
 
- “Neftçi” isə bununla razılaşmır...
- Yaxşı mal həmişə baha olur. Bunu başa düşmək lazımdı.
 
- “Neftçi”nin almaq istədiyi oyunçular arasında tanınmış futbolçuların da adları çəkilir. Sizcə, belə oyunçular komandaya faydalı ola bilər?
- Mən də eşitmişəm ki, guya hətta braziliyalı Aleks də “Neftçi”yə keçə bilər. Bu, çox ciddi transfer olardı. Georgi Haci də “Galatasaray”a elə bu yaşlarında transfer olunmuşdu. Amma bu komandaya böyük faydası oldu. Lakin burda bir məqam da var ki, Aleks “Neftçi”dən Kanalesin tələb etdiyindən də çox pul istəyəcək. Bu üzdən də Aleksin transferinin mənasız olacağını düşünürəm. Ən azından ona görə ki, Kanalesin verdiyi fayda göz qabağında idi. Aleks kimi futbolçuların isə “Neftçi”yə nə kimi fayda verəcəyi sual altındadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.