22 iyun 2013 00:38
Rumıniyalı futbolçu Azərbaycan klubundan təklif alıb (FOTO)
Rumıniyalı müdafiəçi Aleksandru Tudose karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə rumın həmkarlarımız məlumat yayıblar.
26 yaşlı futbolçu son mövsümü Buxarest “Dinamo”sunda keçirib. Bu komandanın heyətində son mövsümdə cəmi beş oyuna çıxan Tudose klub rəhbərliyinin futbolçuların maaşını azaltmağa qərar verməsindən sonra komandadan getməyə qərar verib. O, klubdan ayrılan kimi, Azərbaycan klublarının birindən təklif alıb. Həmin klubun adı açıqlanmır. Amma Tudoseylə yerli “Panduri” də maraqlanır. Futbolçunun sonda hansı qərarı verəcəyi bilinmir.
Qeyd edək ki, Rumıniyanın U-17 və U-21 yığmalarında çıxış etmiş Tudose karyerası ərzində “Otelul”, “Steaua”, “Arad”, “Gloria” (Buzau), “Gloria” (Bistrita) kimi komandalarda da forma geyinib.
