22 iyun 2013 00:47
Cavid Hüseynov: Ümid edirəm ki, Pantiç Bakının əvvəlki imicini qaytaracaq
“Bakı”nın yarımmüdafiəçisi komandanın sükanı arxasına gətirilən serbiyalı mütəxəssis Milinko Pantiçlə bağlı ilkin təəssüratlarını bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Düzünü deyim ki, onun barəsində heç nə bilmirəm. Bir-iki dəfə adını eşitmişəm. Amma onunla tanış olmaq imkanımız olacaq. Ümid edirəm ki, bu mütəxəssis “Bakı”nın əvvəlki imicini özünə qaytaracaq və komandamız öz layiqli yerini tutacaq. Çünki komandanın son illərdəki nəticələri heç də ürəkaçan olmayıb”.