22 iyun 2013 01:04
İnter sonuncu oldu (VİDEO)
Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir. Azerisport.az xəbər verir ki, 7-8-ci yerlər uğrunda Azərbaycanın "İnter" və İsveçin "Djourgardens" komandaları mübarizə apardılar. Qarşılaşma 0:1 hesabıyla İsveç təmsilçisinin xeyrinə başa çatdı və 7-ci yeri "Djourgardens" komandası tutdu, "İnter" isə yarışı sonuncu pillədə başa vurdu.
