22 iyun 2013 01:15
İnterin Avstriya toplanışı: 7-ci gün (FOTOREPORTAJ)
“İnter”in Avstriyada həyata keçirdiyi təlim-məşq toplanışı davam edir. Azerisoprt.az xəbər verir ki, Tirol toplanışının yeddinci günü 1 məşqdən ibarət olub.
Komanda saat 10:30-da məşqə çıxıb. Səhər keçirilən məşq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra “İnter”in futbolçuları fiziki tapşırıqları yerinə yetiriblər və topla çalışıblar. Çalışmaların sonunda futbolçular ikirəfəli oyun keçiriblər.
Qeyd edək ki, bu gün "İnter" ikinci yoxlama görüşünə çıxacaq.
