22 iyun 2013 01:23
Gürcüstan klubu Bakıda qələbə qazandı (VİDEO)
Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir. Azerisport.az xəbər verir ki, 5-6-cı yerlər uğrunda Ukraynanın "Karpatı" və Gürcüstanın "Dinamo" komandaları mübarizə apardılar. Qarşılaşma 0:4 hesabıyla Tiflis təmsilçisinin xeyrinə başa çatdı və 5-ci yeri Gürcüstan komandası tutdu.
